Haqqımızda
Avropa İttifaqı Layihəsi : NEO – Azərbaycanda MİLLİ ERASMUS + Ofisi
Ümumi
Milli Erasmus + Ofis Avropa Komissiyası, Təhsil, Audiovizual və Mədəniyyət üzrə İcraçı Agentliyinin (EACEA) və milli hakimiyyət orqanlarınin dəstəyi ilə ERASMUS + Proqramıni həyata keçirir. NEO Azərbaycanda təhsil siyasətinin inkişafını , xüsusilə də ali təhsil sahəsində, həmçinin təhsilin digər səviyyələrində yaxindan izleyir.
Erasmus+ proqrami çərçivəsinde (ali) təhsilde AI əməkdaşlıq fəaliyyətinə uyğun olaraq AB nümayəndəliyi ile yanaşı , NEO bütün iştirakçılar ,potensial müraciətçilər (ərizəçilər ) və digər maraqli tərəflər üçün ölkədə fokus nöqtəsidir.
Erasmus + ofisin vəzifələri bütünlükde aşağıdakıları əhatə edir : tərəfdaş ölkələrlə ali təhsildə əməkdaşlığa istiqamətlənən Erasmus + fəaliyyəti ile bağli dəstək, təşviq, monitorinq ve yayılma fəaliyyətləri (Əsas Fəaliyyətlər 1, 2 və 3).
Ümumi məqsədləri
AB Erasmus + program üzre ali təhsil ve onun təbliği haqqında məlumatın yayılması, programın beynəlxalq komponentinin artan təsiri vasitəsilə Azərbaycanda Erasmus + təhsil layihələrinin effektiv həyata keçirilməsi.
Xüsusi məqsəd
Erasmus + proqramının beynəlxalq ali təhsil səviyyəsində həyata keçirilməsində Avropa Komissiyası, EACEA, AB heyəti və Azərbaycan hakimiyyət orqanlarına köməklik göstərmək.
Azərbaycanda Tempus IV proqramı (2007-2013) çərçivəsində seçilmiş , davam etmekde olan layihələrin nəticələrinin tətbiqi və yayılmasına dəstək ve nəzarət etmək.
ERASMUS + proqramının beynəlxalq ali təhsil ölçüsüne daxildir :
Əsas Fəaliyyət 1:
– Proqram ölkələrində Milli təşkilatlar tərəfinden kredit mobilliyinin idarə olunması .
– EACEA tərəfindən idarə olunan birgə magistr dərəcə ilə dərəcə mobilliyi (davam etməkdə olan Erasmus Mundus birgə magistr və doktorantura proqramları)
-Kredit mobilliyi (keçmiş Erasmus) üzv dövlətlərin Milli Agentliyi tərəfindən əlaqələndirilir.
Əsas Fəaliyyət 2 :
– Qonşu ölkələr və Qərb Balkanlar üçün mobilliyi ehtiva edən Kadr Potensialının Gücləndirilməsi fəaliyyəti.
– Tərəfdaş ölkənin iştirakı üçün açıq olan Bilik Alyanslar ve Strateji Əməkdaşlıq..
Əsas Fəaliyyət 3 :
– Ali təhsil islahatı ekspertlər qrupları
– Tərəfdaş ölkə / regionlar ilə komissiyanın təhsil siyasəti dialoqları
– Araşdırmalar
– Tərəfdaş ölkələrdə Erasmus + Məzunlar Asossiasiyasının regional bölmələri
Jean Monnet Fəaliyyəti
Azərbaycan üçün mümkun olan digər fəaliyyət növləri .
NEO ilə əldə edilən nəticələr:
– Potensial müraciətçiler və ümumiyyətlə ali təhsilde maraqlı tərəflər üçün Erasmus + haqqında məlumatlandırılmanin təkmilleşdirilməsi
– Müraciət və benefisiarlara yüksek keyfiyyətdə kömək göstərmək
– Avropa Komissiyası və EACEA sorğularına, xüsusilə də seçim prosesi kontekstində məsləhətləşmələrin həyata keçirilməsi mərhələsində vaxtinda cavab ve töhvə vermək. Layihələr və (Tempus IV proqramı 2007-2013 o cümlədən) layihə nəticələrinin yayılmasına nəzarət
– Tərəfdaş ölkə Ali Təhsil İslahatı Ekspertlər komandasına güclü dəstək.
– Avropa Komissiyası, nümayəndə heyətləri və Milli hakimiyyət orqanları ilə sıx əməkdaşlıq edərək Erasmus + cəmiyyət həyatina töhfə vermek.
– Aİ-nin digər ali təhsil təşəbbüsləri haqqında Azərbaycanda informasiya və əldə olunan nəticələrin yayılması.
Əlaqə:
Ünvan: Landmark III, 13-cü mərtəbə. Nizami küç 90A, Bakı AZ 1010 Azerbaycan Respublikası
Telefon/ Faks : (+994 12) 465 99 12
Ofisin rəhbəri: Pərviz Bağırov
E-mail: [email protected]
Monitoring və məlumatlandırma üzrə məsul şəxs: Zəfər Həsənov
E-mail: [email protected]
Ofis meneceri və Tələbələrlə iş üzrə məsul şəxs: Nailə Qasımova
E-mail: [email protected]
Layihənin mühasibi: Rahib İsayev
E-mail: [email protected]
Layihenin web-sehifesi http://www.erasmusplus.org.az/
https://www.facebook.com/EUErasmusPlusProgramme