Onlayn formatda keçirilən görüşdə Ali Məktəbin rəhbərliyi, kafedra müdirləri, professor-müəllim heyəti iştirak edib. Görüşdə Erasmus+ Milli Ofisinin rəhbəri Pərviz Bağırov və BDU-nun əməkdaşı Günel Əliyeva layihə haqqında məlumat verib, layihənin hazırlanması barədə təqdimat ediblər.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Ali Məktəbdə Erasmus+ proqramına xüsusi əhəmiyyət verildiyini, bu görüşün də layihə barədə zəngin məlumat verilməsi baxımından vacib olduğunu bildirib.
O, müəllimlərə layihələrin yazılmasında fəal iştirakı tövsiyə edib.
#SOCAR #BANM #BHOS #ErasmusPlus #JeanMonnet