19 iyul 2024-cü il tarixində Azərbaycandakı Milli Erasmus+ Ofisi Erasmus Mundus Birgə Magistratura Proqramları (EMJMD) təqaüdçüləri üçün İllik Məsləhət Görüşü (Pre-Departure Orientation) təşkil etdi. Tədbir, Avropada təhsil alacaq gənc təqaüdçüləri, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin təmsilçiləri və EMJMD məzunları ilə bir araya gətirdi.
Məsləhət görüşü çərçivəsində iştirakçılar təhsillə bağlı vacib məlumatlar, mədəni uyğunlaşma və Avropada yaşamaqla bağlı praktik tövsiyələr aldılar. Tədbirdə EMJMD məzunlarının təcrübə bölüşdüyü və iştirakçıların suallarını cavablandırdığı maraqlı sessiyalar da yer aldı.
Tədbirin əsas məqsədi tələbələrin xaricdəki təcrübələrinə daha yaxşı hazırlaşmasına dəstək olmaq, onların yeni ölkə və universitetlərə keçidini asanlaşdırmaq idi. Bu təşəbbüs Milli Erasmus+ Ofisinin Azərbaycanlı tələbələrin Erasmus+ proqramından faydalanmasını və onların akademik, peşəkar inkişafına töhfə verməsini təmin etməyə yönəlmiş dəstəyini bir daha vurğulayır.
Təqaüd qazanmış tələbələrə Erasmus Mundus proqramı çərçivəsində magistratura təhsillərində uğurlar və faydalı təcrübələr arzulayırıq!