Milli Erasmus+ Azərbaycandakı Ofisi, Avropa İttifaqı səfiri Peter Mixalko və Erasmus Mundus Assosiasiyası ilə birlikdə Azərbaycandan "Erasmus Mundus Birgə Magistr Dərəcələri" proqramı üçün təqaüd qazanmış tələbələrlə iyul ayının 28-i yola düşmədən əvvəl oriyentasiya görüşü keçirildi.
Tədbirin məqsədi 2022 -ci ildə EMJMD təqaüdçülərini təbrik etmək, gözləntilərini öyrənmək və xaricdə təhsil almağa hazırlaşarkən onlara məlumat dəstəyi vermək idi.
Milli Erasmus+ Ofisi olaraq tədbirin keçirilməsinə dəstək olan Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinə ( Delegation of the European Union to Azerbaijan ) və Erasmus Mundus Assosiasiyasına ( Erasmus Mundus Azerbaijan )dərin minnətdarliqımızı bildiririk. EMJMD Tələbələrinə isə yeni başlanğiclarında uğurlar arzu edirik.