• Oktyabr 19, 2021
  • 740

Azərbaycanda Rektorlar Konfransının yaradılması layihəsinin əsas məqsədi Azərbaycanda Rektorlar Konfransının yaradılması ilə universitetlər və digər tərəfdaşlar arasında sıx əməkdaşlığın qurulmasına və inkişaf etdirilməsinə nail olmaqdır. 2021-2024-cü illəri əhatə edən bu layihə Avropa Birliyi tərəfindən maliyyələşdirilən Erasmus+ KA2- potensialın artırılması layihəsidir. ECAR milli layihə olmaqla təhsilin beynəlmilliləşməsi, həmçinin rəqəmsal və innovativ iqtisadiyyatda ali təhsil müəssisələrinin rolunu artırmaq məqsədilə universitetlərarası əlaqələrin təmin olunmasına dəstək verəcək. 

Bakı Biznes Universitetinin kooordinatorluğu ilə icra olunan layihədə xarici tərəfdaşlar olaraq Fransa Rektorlar Konfransı və Fransa Milli Təhsil Nazirliyinin qurumu olan CIEP təşkilatı, Polşa Rektorlar Konfransı, Belçikadan idarəetmənin inkişaf etdirilməsi sahəsində Avropanın ən böyük təşkilatlarından biri olan EFMD təşkilatı, İsveçdən Kral Texnologiya Universiteti, Litvadan Mykolos Romerius Universiteti və əlaqəli tərəfdaşlar qismində isə Finlandiya, İspaniya, Portuqaliya və Litvanın Rektorlar Konfransı, yerli tərəfdaşlar olaraq isə Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texnologiya Universiteti, Bakı Mühəndislik Universiteti, Naxçıvan Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Odlar Yurdu Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Avrasiya Universiteti, Lənkəran Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dillər Universiteti, Xəzər Universiteti, Azərbaycan Universiteti olmaqla, 15 Azərbaycan universiteti yer almışdır. Böyük Britaniyanın Middlesex Universiteti, İspaniyanın Alicante Universiteti və İsveçin KTH Kral Universiteti layihənin əsas aparıcı tərəfdaşlarıdır və layihənin Azərbaycandan olan tərəfdaşları Təhsil Nazirliyi, Gəncə Dövlət  Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Kooperasiya Universiteti və Mingəçevir Dövlət Universitetidir.



Paylaş