Görüşdə Erasmus+ Azərbaycan Milli Ofisinin direktoru Pərviz Bağırov Erasmus+ layihələri haqqında təqdimat etmişdir. O, Erasmus layihələrinə müraciətin yeni qaydaları, proqramın əsas istiqamətləri, yerli və xarici universitetlərin layihədə iştirakı, yeni layihələr və perspektivlər barədə ətraflı məlumat vermişdir.
Seminarda Avropa İttifaqının (Aİ) ali təhsil müəssisələri ilə beynəlxalq əməkdaşlığının genişləndirilməsində Erasmus+ proqramının və Aİ-nin dəstəklədiyi digər təhsil proqramlarının imkanlarından səmərəli istifadə edilməsinin zəruriliyindən danışılmışdır.
Pərviz Bağırov Avropa Komissiyasının layihələrin idarə edilməsi siyasətində yeni dəyişiklikləri də vurğulamış və daha yaxşı nəticələr əldə etmək üçün həyata keçiriləcək yeni layihələrin bu dəyişikliklərə uyğun olmasının zərurətindən danışmışdır.
Seminarda Odlar Yurdu Universitetinin prorektorları tərəfindən Pərviz Bağırova suallar verilmiş və akademik heyətlə yeni perspektivlərin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılmışdır.
Seminarda Odlar Yurdu Universiteti Keyfiyyət Təminatı və beynəlxalq əlaqələr üzrə prorektoru, prof. Fəxrəddin Məmmədov, Elm və innovasiyalar üzrə prorektoru, prof. Tərlan Abdullayev, Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru, dos. Qabil Qafarov, Birləşmiş Fakültələr Departamentinin rəhbəri, dos. Aynurə Qurbanova, Strateji planlaşdırma və layihələr departamentinin müdiri, dos. Fuad İbadov, Keyfiyyətin təminatı və qiymətləndirilmə departamentinin rəhbəri, prof. Eldar Hüseynov, İnformasiya texnologiyaları və mühəndislik kafedrasının müdiri, dos. Rahib İmamquliyev, həmçinin Bakı Biznes Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Eşqin Bayramov və Layihələr şöbəsinin müdiri Gülşən Bayramova iştirak etmişlər.