• Dekabr 14, 2024
  • 197

14 dekabr 2024-cü il tarixində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ali Təhsildə Potensialın Gücləndirilməsi (CBHE) və Jean Monnet proqramına həsr olunmuş mühüm seminar keçirildi. Tədbir, ali təhsil, hökumət və Avropa İttifaqı qurumlarının nümayəndələri, təhsil ekspertləri və Erasmus+ benefisiarlarını bir araya gətirdi.

Seminarın əsas məqsədi CBHE və Jean Monnet fəaliyyətlərinin ölkəmizin ali təhsil sistemində tətbiqini dərinləşdirmək, institusional potensialı artırmaq, akademik mükəmməlliyi təşviq etmək və Avropa inteqrasiyasına töhfə vermək idi. İştirakçılar davam edən layihələri müzakirə etdilər, uğurlu təcrübələrini bölüşdülər və Avropa standartlarına uyğunlaşmanı təşviq edəcək innovativ yanaşmalar araşdırdılar.



Paylaş