Görüş zamanı tərəflər arasında prioritetlər müəyyənləşdirilərək, ali təhsil sahəsində Aİ-nin mövcud alətləri, o cümlədən texniki yardım proqramı, rəqəmsallaşma, ömürboyu təhsil istiqamətləri üzrə qarşılıqlı fikir mübadiləsi aparılıb. Eyni zamanda, Avropa Komissiyasının “Horizon” proqramı, Erasmus+, ikili diplom proqramları ətrafında müzakirələr olunub.
Görüşdə UNEC-in Avropa universitetləri, həmçinin Avropa Komissiyasının mövcud proqramlarında aktiv iştirakı vurğulanaraq, əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni təkliflər irəli sürülüb.
