• Mart 31, 2021
  • 327

Vebinarın məqsədi Avropa İttifaqının (Aİ) təhsil proqramlarında növbəti illərdə tətbiq olunacaq yeniliklər ilə əlaqədar ali təhsil müəssisələrini məlumatlandırmaq, o cümlədən ERASMUS+ proqramının Azərbaycan universitetləri üçün yaratdığı imkanlar, mövcud proqramlar (ERASMUS Mundus, Jean Monnet və digər) və onlara qəbul şərtləri ilə bağlı ali məktəb nümayəndələrini maarifləndirmək olub.

 Onlayn vebinarda 20-ə yaxın ali təhsil müəssisəsindən 80-ə yaxın nümayəndə iştirak edib. Tədbirdə Milli Erasmus+ Ofisi tərəfindən yeni ERASMUS Mundus proqramı (2021- 2027) haqqında  təqdimat nümayiş edilib.

 Sonda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 Vebinarın videoyazısı aşağıda qeyd olunan link'də təqdim edilir. 

 Avropa İttifaqının təhsil proqramları haqqında vebinar keçirilib | Azərbaycan Respublikası Təhsil Nazirliyi (edu.gov.az)

 

 



Paylaş