23 Aprel 2024 tarixində, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) təşkilatçılığı ilə həyata keçirilən Pilot tədris həftəsi çərçivəsində "Work4CE 4.0: Gələcək üçün Təhsil və Sənayenin Birləşdirilməsi" modelinin Azərbaycan təhsil sistemində tətbiqinə həsr olunan görüş keçirilib.
Dəyirmi masada keçirilən görüşə AzMİU-nun prorektorları Akif Qasımov, Nərgiz Abdullayeva, Orxan Naqdiyev, “WORK4CE” layihəsinin koordinatoru İsa Muradov və layihə üzvləri, Erasmus+ Azərbaycan Milli ofisinin direktoru Pərviz Bağırov, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi, partnyor şirkətlərin (PMD, Leobank, Simens Azərbaycan, Norm Sement, PD&MS Group, AzInvest Holdinq, Nord West, Baku City Residence və s.) rəhbər şəxsləri və Pilot tədris həftəsində iştirak edən xarici mütəxəssislər qatılıb
