• Aprel 25, 2020
  • 406

Cari ilin Aprel ayının 24-ü, Erasmus+ proqramı üzrə aparılan UniClad layihəsinin ümümi görüşü keçirilmişdir.
Görüşdə 24 ölkədən gələn 50-dən çox ekspert və digər iştirakçılar layihədə aparılacaq olan müxtəlif işlərin müzakirəsi və fikir mübadiləsinin aparlması təşkil olunmuşdu. Litvadan olan layihənin əsas əlaqələndiricisi, layihə iştirakçıların məsuliyyəti və hər bir tərəfdaşın rolu haqda xüsusi təqdimatlar keçirdi. Azərbaycan universitetlərin nümayəndələri iş planı və digər məsələlər haqda danışdılar. Azərbaycandakı Milli Erasmus+ Ofisinin direktoru Pərviz BAĞIROV layihənin karantin dövründə aparılması haqda, eləcədə layihənin ölkədə aparılmasına dair müxtəlif tövsiyyələr vermişdir. 



Paylaş