• Oktyabr 15, 2021
  • 809

Oktyabr ayinın 15-də Milli Aviasiya Akademiyasında Erasmus+ GEOCLİC “Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşması üçün geoməkan mühəndisliyi üzrə yeni kurslar”  Layihəsinin Monitorinqi keçirilmişdir.

GEOCLIC yeni texnologiyalardan istifadə edərək sahilyanı ekosistemlərin ekoloji təhlükəsizliyini təmin etmək üçün geoməkan texnologiyaları üzrə BA / MSc / PhD kurikulumlarını modernləşdirməyi hədəfləyir: GEONETCast; GIS Proqram təminatı - ərazidə mövcud kurikulumların yenilənməsi və sahədəki yeni nailiyyətlərə uyğun olaraq yeni kurikulumların akkreditasiyası/sınanması vasitəsilə ILWIS və məsafədən zondlama və modelləşdirmə texnologiyaları; kurikulumları sınaqdan keçirmək və akkreditasiya etmək və nəticələri yaymaq. GEOCLIC-in konsorsiumu tələb olunan təcrübə və bacarıqlara malik 17 partnyordan (əlavə 7 assosiativ-tərəfdaş) ibarətdir. Layihədə Azərbaycandan 7 tərəfdaş iştirak edir : Azərbaycan Memarlıq və İnşaat Universiteti, “Azərbaycan Hava Yolları” QSC Milli Aviasiya Akademiyası, Bakı Dövlət Universiteti, Beynəlxalq Ekoenergetika Akademiyası, Mingəçevir Dövlət Universiteti.





Paylaş