• Oktyabr 05, 2021
  • 540

Bakı Biznes Universitetində “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsi çərçivəsində prorektorların ilk görüşü keçirilib. Tədbirdə layihə konsorsiumunun üzvü olan 15 Azərbaycan universitetindən 11 universitetin prorektorları, həmçinin “Naxçıvan” Univerisetinin Tədris və tərbiyə işləri üzrə prorektoru Hüseyn Bağırsoylu da qrup şəklində təşkil olunmuş müsahibədə iştirak edib. Layihənin koordinatoru Gülşən Bayramova müsahibə üçün hazırlanan sualları prorektorlara təqdim edib. Görüş müsahibə üçün hazırlanmış suallarla başlanılsa da, müzakirə şəklində davam etdirilib. Müsahibə zamanı maraqlı fikirlər və təkliflər irəli sürülüb. Universitetlərdən dəvət olunmuş prorektorlar öz təcrübələrinə əsaslanaraq maraqlı müzakirələr aparıblar.



Paylaş