• Oktyabr 11, 2021
  • 538

11 oktyabr 2021-ci il tarixində Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” adlı Erasmus+ layihəsinin yekun konfransı keçirilib.Bakı Biznes Universitetində keçirilən konfransda Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli, layihə konsorsiumunun üzvü olan 11 Azərbaycan universitetinin rektorları və digər səlahiyyətli nümayəndələri, Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Petr Mixalko, Litva Respublikasının ölkəmizdəki səfiri Eqidius Navikas, Erasmus+ Milli Ofisinin rəhbəri Pərviz Bağırov, layihənin xarici tərəfdaşları olan İsveçin Kral Texnologiya Universitetinin, İngiltərinin Middlesex Universitetinin, Litvanın SMK Sosial Tətbiqi Elmlər Univeristetinin, Litvanın EKT Akkreditasiya Təşkilatının, İspaniyanın Alicante Universitetinin məsul şəxsləri və ölkəmizin digər ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.



Paylaş