Avropa İttifaqı Layihəsi : NEO – Azərbaycanda MİLLİ ERASMUS + Ofisi

Ümumi

Milli Erasmus + Ofis Avropa Komissiyası, Təhsil, Audiovizual və Mədəniyyət üzrə İcraçı Agentliyinin (EACEA) və milli hakimiyyət orqanlarınin dəstəyi ilə ERASMUS + Proqramıni həyata keçirir. NEO Azərbaycanda təhsil siyasətinin inkişafını , xüsusilə də ali təhsil sahəsində, həmçinin təhsilin digər səviyyələrində yaxindan izleyir.
Erasmus+ proqrami çərçivəsinde (ali) təhsilde AI əməkdaşlıq fəaliyyətinə uyğun olaraq AB nümayəndəliyi ile yanaşı , NEO bütün iştirakçılar ,potensial müraciətçilər (ərizəçilər ) və digər maraqli tərəflər üçün ölkədə fokus nöqtəsidir.
Erasmus + ofisin vəzifələri bütünlükde aşağıdakıları əhatə edir : tərəfdaş ölkələrlə ali təhsildə əməkdaşlığa istiqamətlənən Erasmus + fəaliyyəti ile bağli dəstək, təşviq, monitorinq ve yayılma fəaliyyətləri (Əsas Fəaliyyətlər 1, 2 və 3).

Hədəf qruplar

NEO fəaliyyəti maraqlı tərəflərin aşağıdakı qruplarına yönəlir :
Ölkədə bütün ERASMUS + benefisiarları və potensial benefisiarları və (məsələn, ali təhsil müəssisələri, işçi heyəti və tələbələr, vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatları, müəssisələri, akademik və professional birliklər, tələbə birlikləri, peşə təşkilatları, tədqiqat institutları, peşə təhsil müəssisələri kimi) öz ölkələrində hər hansı Erasmus + proqramında iştirak üçün uyğun olan digər maraqlı tərəflər. Milli hökumət orqanları, xüsusilə də ali təhsildə məsul olanlar və onların filial orqanları

Erasmus + Proqramı qəbul olunmuş ölkələrdə ali təhsil sahəsində potensial müraciətcilər , qrant sahibləri , benefisiarlar ve diger maraqli tərəflər

Diger NEO lər, xüsusilə eyni bölgədə və Erasmus + Proqramı ölkələrindəki Milli agentliklər (xüsusilə de yaxşı təcrübələr və ya birgə tədbirlərin təşkili mübadiləsi üçün partnyor axtarisi )

NEO Erasmus + və Horizon 2020 proqramları arasında qarşılıqlı əlaqə imkanı yaradan Marie Sklodowska Küri Fəaliyyət əlaqələndirici şəxs ilə əməkdaşlıq edir.

Ümumi məqsədləri

AB Erasmus + program üzre ali təhsil ve onun təbliği haqqında məlumatın yayılması, programın beynəlxalq komponentinin artan təsiri vasitəsilə Azərbaycanda Erasmus + təhsil layihələrinin effektiv həyata keçirilməsi.

Tapşırıq

NEO aşağıdakı ümumi məqsədlərə xidmet edir : məlumatlandırma, təbliği , aktuallığı, effektivliyi və Erasmus + proqramının beynəlxalq komponentlərinin təsirini artırmaq və onun Azərbaycanda tanıdılması və yayılmasına kömek etmək.

Xüsusi məqsəd

Erasmus + proqramının beynəlxalq ali təhsil səviyyəsində həyata keçirilməsində Avropa Komissiyası, EACEA, AB heyəti və Azərbaycan hakimiyyət orqanlarına köməklik göstərmək.
Azərbaycanda Tempus IV proqramı (2007-2013) çərçivəsində seçilmiş , davam etmekde olan layihələrin nəticələrinin tətbiqi və yayılmasına dəstək ve nəzarət etmək.

ERASMUS + proqramının beynəlxalq ali təhsil ölçüsüne daxildir :

Əsas Fəaliyyət 1:

– Proqram ölkələrində Milli təşkilatlar tərəfinden kredit mobilliyinin idarə olunması .

– EACEA tərəfindən idarə olunan birgə magistr dərəcə ilə dərəcə mobilliyi (davam etməkdə olan Erasmus Mundus birgə magistr və doktorantura proqramları)

-Kredit mobilliyi (keçmiş Erasmus) üzv dövlətlərin Milli Agentliyi tərəfindən əlaqələndirilir.

Əsas Fəaliyyət 2 :

– Qonşu ölkələr və Qərb Balkanlar üçün mobilliyi ehtiva edən Kadr Potensialının Gücləndirilməsi fəaliyyəti.

– Tərəfdaş ölkənin iştirakı üçün açıq olan Bilik Alyanslar ve Strateji Əməkdaşlıq..

Əsas Fəaliyyət 3 :

– Ali təhsil islahatı ekspertlər qrupları

– Tərəfdaş ölkə / regionlar ilə komissiyanın təhsil siyasəti dialoqları

– Araşdırmalar

– Tərəfdaş ölkələrdə Erasmus + Məzunlar Asossiasiyasının regional bölmələri

Jean Monnet Fəaliyyəti

Azərbaycan üçün mümkun olan digər fəaliyyət növləri .

NEO ilə əldə edilən nəticələr

– Potensial müraciətçiler və ümumiyyətlə ali təhsilde maraqlı tərəflər üçün Erasmus + haqqında məlumatlandırılmanin təkmilleşdirilməsi
– Müraciət və benefisiarlara yüksek keyfiyyətdə kömək göstərmək
– Avropa Komissiyası və EACEA sorğularına, xüsusilə də seçim prosesi kontekstində məsləhətləşmələrin həyata keçirilməsi mərhələsində vaxtinda cavab ve töhvə vermək.
Layihələr və (Tempus IV proqramı 2007-2013 o cümlədən) layihə nəticələrinin yayılmasına nəzarət
– Tərəfdaş ölkə Ali Təhsil İslahatı Ekspertlər komandasına güclü dəstək.
– Avropa Komissiyası, nümayəndə heyətləri və Milli hakimiyyət orqanları ilə sıx əməkdaşlıq edərək Erasmus + cəmiyyət həyatina töhfə vermek.
– Aİ-nin digər ali təhsil təşəbbüsləri haqqında Azərbaycanda informasiya və əldə olunan nəticələrin yayılması.

Əlaqə:

Ünvan: Içəri Şəhər, Vagif Mustafazadə küçəsi. 6 – 10, Bakı AZ 1110 Azerbaycan Respublikası
Telefon/ Faks : (+994 12) 497 48 65
Ofisin rəhbəri: Pərviz Bağırov
E-mail: pbaghirov@erasmusplus.org.az
Proqram assistenti : Rüstəmli Aygün
E-mail: rustamli.aygun@gmail.com
Layihenin web-sehifesi http://www.erasmusplus.org.az/

https://www.facebook.com/EUErasmusPlusProgramme